Avropa Liqası (AL) tarixinin ən məhsuldar futbolçularının adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 1955-ci ildən təşkil edilən turnirin (əvvəlki adı UEFA Kuboku) bombardirlərinin siyahısını dərc edib.
Həftəiçi keçirilən pley-off mərhələsinin ilk oyunlarından sonra sıralamda dəyişiklik olub. Dortmund “Borussiya”sı ilə səfər qarşılaşmasında “Reyncers”in 4:2 hesablı qələbəsinə 1 qolla töhfə verən Alfredo Morelos ümumi toplarının sayını 31-ə çatdırıb. Bununla kolumbiyalı forvard bombardirlər yarışında 3-cü pilləyə şərik olub. Onunla yanaşı, Valdo, Aritz Aduriz və həmyerlisi Radamel Falkao da 31 dəfə fərqlənib.
25 yaşlı forvard hazırda yalnız Henrik Larsson və Klaas-Yan Huntelardan geri qalır. İsveç futbolunun əfsanəsi 40 qolla turnir tarixinin ən məhsuldar oyunçusudursa, niderlandlı Hunteların aktivində 34 top var.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi