“Qalatasaray” qış “transfer pəncərəsi”ndə yola salacağı və heyətinə qatacağı futbolçuları müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi 3 oyunçusu ilə vidalaşmağı planlaşdırır.
Bunlar yarımmüdafiəçilər Qustavo Assunsao, Sofian Fequli və hücumçu Rayan Babeldir. Baş məşqçi Fatih Terim rəhbərliyə yüksək ödənişli olan hər üç oyunçudan qurtulmağı tapşırıb. Əvəzində “Benfika”nın yarımmüdafiəçisi Gedson Fernandeş və “Bode-Qlimt”in hücumçusu Ola Solbakkenin transferi üçün danışıqlara başlanılıb.
Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinə yüksələn “Qalatasaray” Türkiyə Super Liqasında 7-ci pillədə qərarlaşır.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI