4 illik müqavilə - paytaxt klubunda
24.08.2021 - 22:37
İngiltərənin “Arsenal” klubu futbolçusu Qranit Caka ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçi instaqram paylaşımında açıqlayıb.
O, 4 illik müqavilə imzalayıb. 28 yaşlı isveçrəli İtaliya klublarından təklif alsa da, londonlularla anlaşmağa üstünlük verib.
Qeyd edək ki, Caka ötən mövsüm paytaxt klubunda 31 oyunda 1 qol vurub.
0
0