51-ci qitə çempionu
08.02.2022 - 11:01
Seneqal qitə çempionu adını qazanan 51-ci ölkə olub.
Apasport.az saytının məlumatına görə, İFFHS konfederasiyaların çempionatlarında qalib olan komandalarla bağlı hesablamasını açıqlayıb.
Afrika Millətlər Kubokunda çempion olan Seneqal ilk dəfə bu titula yiyələnib. Onlar bu ada sahib çıxan 15-ci yığmadır.
Afrika çempionlar sayında rekordçudur. Heç bir qitədə 15 və ya daha çox çempion olmayıb.
Avropada 10, Asiyada 9, Cənubi Amerikada 8, KONKAKAF-da 7, Okeaniyada 3 yığma qızıl medal əldə edib. Avstraliya yeganə komandadır ki, iki qitədə - Asiya və Okeaniyada çempion adına yiyələnib.
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
0
0