7 milyonluq yarımmüdafiəçi - “Latsio”ya
24.08.2021 - 00:24
İtaliyanın “Latsio” klubu yarımmüdafiə xəttini gücləndirəcək.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Tom Başiçi transfer edəcək.
Romalılar yarımmüdafiəçinin məxsus olduğu Fransa təmsilçisi “Bordo” ilə razılıq əldə edib. Tərəflər keçidin şərtlərini tam razılaşdırıb. “Latsio” yarımmüdafiəçi üçün bonuslar nəzərə alınmadan 7 milyon avro ödəyəcək.
0
0