“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə oyunda iştirak edə bilər.
Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Bir neçə gün əvvəl baş məşqçi Qurban Qurbanov milli komandamızın üzvünün zədə ucbatından fransızlarla ilk görüşü buraxma ehtimalının yüksək olduğunu bildirsə də, Hüseynov Marselə aparılıb. 27 yaşlı sağ cinah oyunçusu artıq məşqlərə cəlb olunub. Onun “Velodrom”dakı görüşdə iştirakı baş məşqçinin qərarından asılı olacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA