“Üçüncü dəfə bu mükafatı qazanmaq xoşdur”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.
İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsində ilin əcnəbi futbolçusu mükafatına layiq görülən fransalı yarımmüdafiəçi buna görə komandasına təşəkkür edib: “Bu mükafatı qazanmaq üçün çox əziyyət çəkmişik. Bu, təkcə mənim yox, komanda yoldaşlarımın uğurudur. Başda prezident olmaqla, bütün rəhbərliyi, eyni zamanda mən bura gələndə kapitanımız olan Rəşad Sadıqovun adını qeyd etməliyəm. Konfrans Liqasında isə mümkün qədər irəliləməyə çalışacağıq”.
Zubir Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə görüşdə təmiz qolunun sayılmamasına da toxunub: “Həmin an çaşqınlıq içində idim. Nə baş verdiyini anlamağa çalışırdım. Başa düşərdim ki, bir hakim görmədi. Heç bir hakimin görməməsini ədalətsizlik sayıram”.
Şotlandiya və Fransada çıxış etmiş “Qarabağ”ın aparıcı futbolçusu “Seltik” və ya “Marsel”i rəqib qismində görmək istərdinizmi” sualını belə cavablandırıb: “Yalnız növbəti mərhələyə keçməyi arzulayıram. Rəqibin kimliyi o qədər də önəmli deyil. Sadəcə, növbəti matça köklənməli və yaxşı çıxış etməliyik”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI