Ukraynada baş verən siyasi gərginlik səbəbindən ən çox ziyan görənlərdən biri də “Çelsi”nin sahibi Roman Abramoviçdir.
Apasport.az saytının məlumatına görə, rusiyalı milyarder bir gün ərzində təxminən 778 milyon avro itirib.
Məsələ burasındadır ki, Evraz polad qrupunun səhmləri London birjasında 29 faiz ucuzlaşıb. İnvestorlar Rusiya şirkətlərinə qarşı mümkün sanksiyalardan qorxurlar.
Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən “Çelsi”nin sahibidir. Bu müddət ərzində “zadəganlar” 4 dəfə İngiltərə çempionluğunu qazanıb, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə Avropa Liqasının, 2 dəfə UEFA Superkubokunun, 5 dəfə İngiltərə kubokunun, 3 dəfə İngiltərə Liqa Kubokunun, həmçinin 2 dəfə İngiltərə Superkubokunun qalibi olub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA