Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubu “Hall Siti”nin səhmlərini almağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, TV8 kanalının sahibi Çempionşip təmsilçisinin hazırkı rəhbərliyi ilə hərtərəfli anlaşıb.
Məsələnin yalnız rəsmiləşməsi qalıb. 52 yaşlı biznesmen artıq transfer çalışmalarına da başlayıb. O, ilk transferini Türkiyədən reallaşdırmaq niyyətindədir. TFF I Liqa təmsilçisi “Bursaspor”un yarımmüdafiəçisi Emirhan Aydoğanın İngiltərə klubuna keçidi gözlənilir. Ilıcalı “Hall Siti”ni alan kimi, “Bursaspor”la rəsmi danışıqlara başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Namik Ələskərov da “Bursaspor”da çıxış edir. 24 yaşlı Emirhan Aydoğan komandanın kapitanıdır.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI