Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsinin ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) səsverməsində Alonso Devis qalib gəlib.
“Bavariya”nın kanadalı müdafiəçisi konfederasiyanın ən yaxşısı adına layiq görülüb. İFFHS digər nominasiyalarda da ən yaxşıları müəyyənləşdirib.
Gilyermo Oçoa (Meksika/“Amerika”) qapıçılar, Xavyer Aqirre (Meksika/“Monterrey”) klub məşqçiləri, Qreq Berhalter (ABŞ) milli məşqçiləri arasında hamını qabaqlayıb. Brenden Aaronson (ABŞ/“Zalsburq”) ən yaxşı pleymeyker, Said Martinez (Honduras) ən yaxşı hakim, Rikardo Pepi (ABŞ/“Dallas”) ən yaxşı gənc oyunçu adına layiq görülüb.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub