“Bordo” Vladimir Petkoviçin baş məşqçi postundan uzaqlaşdırılması variantını nəzərdən keçirir.
Apasport.az saytının məlumatına görə, jirondinlərin Liqa1-də ardıcıl üç məğlubiyyəti rəhbərliyin səbr kasasını daşırıb.
Klub Petkoviçlə yollarını ayıracağı təqdirdə komandanı kimin çalışdıracağını da müəyyənləşdirib. Bu halda “Bordo” Belçika millisinin məşqçilər korpusunda yer alan Tyerri Anri ilə danışıq aparacaq. Fransa klubunun prezidenti Jerar Lopes hələ Petkoviçdən əvvəl Anri ilə danışıq aparmış, lakin həmin vaxt razılıq əldə olunmamışdı.
Qeyd edək ki, “Bordo” 21 turdan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı