Aquero karyerasını bitirir
13.12.2021 - 15:52
“Barselona”nın futbolçusu Serxio Aquero karyerasını başa vurur.
Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu bu barədə qərarını çərşənbə günü açıqlayacaq.
Bu, təşkil olunacaq xüsusi mərasimdə gerçəkləşəcək. Aqueronun belə addım atması ürəyindəki problemlərlə bağlıdır.
Forvard oktyabrın 30-da “Alaves”lə görüşü ürəkağrısı üzündən davam etdirə bilməyib. Həmin vaxtdan Aquero meydana çıxmayıb.
Öncədən onun üçaylıq bərpa prosesi keçəcəyi gözlənilirdi. Lakin təkrar müayinələr problemin daha ciddi olduğunu üzə çıxarıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0