“Qızıl top”un verilmə kriteriyaları dəyişdiriləcək.
Apasport.az saytının məlumatına görə, buna səbəb prinsiplərin azarkeşlər üçün daha şəffaf və başadüşülən olmasıdır.
İlk növbədə dəyişiklik zamanla bağlıdır. Bundan sonra futbolçuların il deyil, mövsüm ərzindəki nəticələri nəzərə alınacaq. Bu üzdən də “Qızıl top” ilin yox, mövsümün yekunlarına əsasən təqdim olunacaq.
Qətərdəki dünya çempionatı növbəti “Qızıl top”da nəzərə alınmayacaq. Bu, yalnız 2023-cü ildəki mükafata şamil olunacaq.
İkinci dəyişiklik səs hüququ ilə bağlıdır. Bundan sonra yalnız FİFA reytinqində ilk 100 yerin sahibləri səs verəcək. Azərbaycan aşağı sıralarda olduğundan ölkəmiz də səs hüququnu itirəcək.
Üçüncü dəyişiklik fərdi nailiyyətlərlə bağlıdır. Titullar ikinci vacib aspektə çevriləcək.
Qeyd edək ki, mükafatın son sahibi Lionel Messidir.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol