Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq minifutbol üzrə Avropa çempionatında çıxış edəcək milli komandaların səbətləri məlum olub.
Apasport.az saytının məlumatına görə, komandalar hər səbətdə 6 yığma olmaqla 4 səbətə bölünüblər.
Azərbaycan millisi Portuqaliya, Yunanıstan, Gürcüstan, Fransa və Polşanın da olduğu dördüncü səbətdə yer alıb.
Püşkatma mərasimi martın 14-də olacaq. Avropa çempionatının oyunları isə iyunda keçiriləcək.
I səbət: Slovakiya, Çexiya, Rumıniya, Qazaxıstan, Macarıstan, Monteneqro
II səbət: Serbiya, İngiltərə, İspaniya, Ukrayna, Bolqarıstan, İtaliya
III səbət: İsrail, Türkiyə, Avstriya, Moldova, Belçika, Albaniya
IV səbət: Portuqaliya, Polşa, Fransa, Yunanıstan, Azərbaycan, Gürcüstan

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol