Azərbaycan millisi ilə yoldaşlıq görüşü Malta yığmasının kapitanı Andrey Acius üçün əlamətdar olacaq.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi Maltanın heyətində son dəfə meydana çıxacaq.
Malta Futbol Assosiasiyasının prezidenti Byorn Vassallo bildirib ki, martın 25-dəki qarşılaşma mərkəz müdafiəçisi üçün vida matçı olacaq. Acius Malta yığmasının heyətində 103-cü – sonuncu matçına çıxacaq. Həmin gün assosiasiya tərəfindən kapitanın mükafatlandırılması planlaşdırılır.
Hazırda “Hibernians” klubunda çıxış edən veteran futbolçu tezliklə məşqçilik kurslarına yazılacaq.
Qeyd edək ki, martın 25-də keçiriləcək Malta – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Canni de Byazinin yetirmələri bundan dörd gün sonra həmin məkanda (saat 15:00) Latviya ilə üz-üzə gələcək.
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”