“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel” Bakı səfəri öncəsi növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Patrik Rahmenin yetirmələri İsveçrə Super Liqasının VI turunda səfər matçına çıxıb.
“Bazel”in rəqibi “Luqano” olub. Artur 29-cu dəqiqədə “Qarabağ”ın rəqibini önə keçirsə də, meydan sahibləri 59-cu dəqiqədə bərabərlik topunu vurub. Beləliklə, səfərdən 1:1 hesablı heç-heçə ilə dönən “Bazel” 6 oyunda topladığı 12 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.
Qeyd edək ki, “Qarabağ” – “Bazel” görüşü sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
- “Mançester Yunayted”dən Mateta planı – Qarşılığında o gedir
- Okan Burukdan İlkay Gündoğanla bağlı yeni qərar
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”