Benzema PSJ–yə qarşı oynayacaq
12.02.2022 - 11:23
“Real”ın futbolçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, fransalı hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda iştirak edə biləcək.
34 yaşlı fransalı zədə səbəbindən son üç matçlıq fasilədən sonra PSJ ilə qarşılaşmaya tam hazır olacaq. Benzema “Atletik” və “Qranada” ilə qarşılaşmaların ardından bugünkü “Vilyarreal”la matçda da kənarda qalacaq.
Qeyd edək ki, “Real” PSJ ilə fevralın 15-də qarşılaşacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0