Beyl Uels klubuna keçir
30.03.2022 - 18:16
“Real”ın hücumçusu Qaret Beyl yayda “Kardiff Siti” ilə müqavilə imzalaya bilər.
Apasport.az saytının “sport-express.ru”ya istinadən məlumatına görə, keçid baş tutarsa, ulduz futbolçunun Uels klubu ilə sözləşməsi bir neçə aylıq nəzərdə tutulacaq.
Mövsümün sonunda İspaniya klubunu azad agent kimi tərk edəcək Uels millisinin kapitanı Qətərdə keçiriləcək dünya çempionatına hazır səviyyədə yollanmaq üçün bu addımı atmaq istəyir. 32 yaşlı forvard mundialdan dərhal sonra karyerasını başa vurmaq niyyətindədir.
Qeyd edək ki, dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0