FIFA prezidenti Canni İnfantino Rusiya Futbol İttifaqının (RFİ) qurumun üzvlüyündən çıxarılmamasına aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, isveçrəli funksioner qurumun 72-ci Konqresində bu variantı nəzərdən keçirmədiklərini söyləyib.
O, hər kəsi birliyə dəvət edib: “Rusiya Futbol İttifaqının FIFA-dan çıxarılması variant deyil. Ümid edirəm ki, münaqişə tezliklə bitəcək. Konqreslərimiz zamanı insanları bir araya gətirə bilməsək, yaxşı olar ki, fəaliyyətimizi dayandırıb, evimizə qayıdaq”.
Qeyd edək ki, Konqresdə Rusiya ilə bağlı məsələ müzakirə olunmasa da, 3 ölkə - Pakistan, Zimbabve və Keniyanın FIFA üzvlüyü dayandırılıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq