Çempion hücumçu tapdı – Almaniyada
23.08.2021 - 14:20
Çempion hücumçu tapdı – Almaniyada

İspaniya çempionu “Atletiko” heyətinə yeni hücumçu qatacaq.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi hücum xəttini Mateus Kunya ilə gücləndirəcək.

Forvardın son klubu Almaniya “Herta”sı olub. 22 yaşlı futbolçunun keçidi ilə bağlı klublar arasında razılıq əldə edilib. Transfer yaxın müddətdə rəsmiləşəcək.