“Real” Çempionlar Liqasında (ÇL) daha bir ilki həyata keçirib.
Apasport.az saytının “kral klubu” bunu qrup mərhələsinin son turunda “İnter”lə matçda (2:1) reallaşdırıb.
Madrid təmsilçisinə qələbə gətirən qolun müəllifi olan Marko Asensio eyni zamanda komandanın bu turnirdəki 600-cü topuna imza atıb. Qitənin ən nüfuzlu klub turnirində 600 qol səddinə çatan ilk komanda olan “Real”ı müvafiq olaraq “Bavariya” (546 qol), “Barselona” (537), “Mançester Yunayted” (398) və “Yuventus” (333) izləyirlər.
Dünənki görüşdə ispanların hər iki qolu cərimə meydanı kənarından qeydə alınıb. “Real” tarixində ilk dəfə ardıcıl 5 qolu uzaq məsafədən vurub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI