İtaliyanın “Yuventus” klubunun Çempionlar Liqasındakı hədəfi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Massimiliano Alleqri açıqlayıb.
O bildirib ki, cari mövsümdəki hədəfi klub prezidenti ilə müzakirə edib: “Yuventus” ona görə favorit sayılırdı ki, son 5 ildə 2 dəfə finalda oynayıb. Finallarda bəxtsizlik və fərqli nəticələr olub. Mən klub prezidenti ilə danışmışam, əsas hədət “səkkizliy”ə düşməkdir. Ora çıxandan sonra hər şey ola bilər. Öncə isə qrup mərhələsini adlamalıyıq. Bu il favoritlər sırasında deyilik. Bu o demək deyil ki, qalib olmaq istəyimiz yoxdur”.
Qeyd edək ki, “Yuventus” bu gün start götürəcək qrup mərhələsinin ilk turunda səfərdə “Malmö” ilə görüşəcək.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib