“Everton”un hücumçusu Cenk Tosun Türkiyəyə qayıtmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard yenidən sabiq komandası “Beşiktaş”ın formasını geyinmək üzrədir.
İstanbul təmsilçisi bu transferi qış fasiləsində həyata keçirmək üçün ingilislərlə danışıqlara başlayıb. Liverpul klubu futbolçusunu 3 milyon avroya satmaq niyyətindədir. Lakin onun Premyer Liqa təmsilçisi ilə müqaviləsinin mövsümün sonuna qədər olduğunu nəzərə alan “qara qartal” keçidi 1,5 milyon avroya reallaşdırmağa çalışır. Üstəlik, başqa təklifin olmaması da Cenkin “Beşiktaş”a keçmək ehtimalını artırır.
Qeyd edək ki, “Everton”a 2018-ci ildə “Beşiktaş”dan transfer olunan Cenk Tosun bu ilin ilk 6 ayını icarə əsasında “ağ-qaralar”ın heyətində keçirib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI