Dayandıran tapılmır - Levandovskini
22.08.2021 - 23:46
Almaniya “Bavariya”sının futbolçusu Robert Levandovski daha bir rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, polşalı hücumçu qol seriyası ilə diqqət çəkib.
O, “Bavariya”nın heyətində ardıcıl 15-ci oyunda meydanı qolsuz tərk etməyib. Bu rekord Bundesliqanın II turunda rəsmiləşib.
Levandovski “Bavariya”nın “Köln”lə matçında bir qol vurub. Bu matçda onun komandası 3:2 hesabı ilə qalib gəlib.
0
0