“Barselona”nın yarımmüdafiəçisi Usman Dembele daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun əsas heyətdən uzaqlaşdırdığı və yollarını ayırmaq qərarına gəldiyi Fransa millisinin üzvü İngiltərə Premyer Liqasında çıxış etməyə yaxındır.
Çünki “Mançester Yunayted”dən sonra indi də “Çelsi” onun keçidi üçün La Liqa klubuna müraciət edib. Londonlular bu transferin qış fasiləsində reallaşması üçün 4 milyon avro ödəməyə hazırdır.
Ancaq Dembelenin bu ay gedişi Dortmund “Borussiya”sına da qazandıracaq. Çünki klublar arasındakı anlaşmaya əsasən, “Barselona” onu satarsa, almanlara 5 milyon avro ödəniş etməli olacaq. Bununla “Borussiya”nın Dembelenin keçidindən qazanacağı ümumi məbləğ 148 milyon avroya yüksələcək.
Qeyd edək ki, Usman Dembelenin “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı