Durumuna aydınlıq gəldi - İkardinin
23.08.2021 - 17:43
Fransanın PSJ klubunun futbolçusu Mauro İkardinin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Liqa1-in III turunun “Brest”lə oyununda zədələnən argentinalı hücumçu müayinə olunub.
Onda bağların ikinci dərəcəli dartılması aşkarlanıb. Bu üzdən İkardi 3-4 həftəlik sıradan çıxıb.
Forvard yalnız bu müddətdən sonra komanda ilə məşq edə biləcək. Onun rəsmi matçlarda iştirakı isə təxminən bir aydan sonra mümkün olacaq.
0
0