Emrelinin adı yenə protokola daxil edilmədi, “Dinamo” qalib gəldi
12.02.2022 - 22:02
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Xorvatiya çempionatının XXII turunda “Qoritsa”nı qəbul edib.
Hazır olmadığı üçün hələ heyətə daxil edilməyən Emrelinin adı bu dəfə də matçın protokoluna daxil edilməyib. İkinci görüşdə də kənarda qalan təmsilçimizin komandası ev matçında 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 22 matçda 49 xal toplayan “Dinamo” çempionatın vahid lideridir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0