Eriksen “İnter”dən ayrılır
15.12.2021 - 09:32
İtaliyanın “İnter” klubu futbolçusu Kristian Eriksenlə yollarını ayırır.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi və danimarkalı yarımmüdafiəçi bu barədə qarşılıqlı razılıq əldə edib.
Kristianın karyerasını “Odense”də davam etdirəcəyi gözlənilir. Bir müddət əvvəl “Ayaks”ın da maraq dairəsində olan yarımmüdafiəçi ilə Niderland klubu arasına razılıq əldə edilməyib.
Qeyd edək ki, AVRO-2020-nin Danimarka – Finlandiya oyunu zamanı (0:1) ürəyi dayanan Eriksen uzun müddət müalicə olunduğu üçün həmin vaxtdan sonra heç bir rəsmi matça çıxmayıb.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0