Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun “Bursaspor”un heyətində sərgilədiyi performans Türkiyə mətbuatının diqqətini çəkib.
Apasport.az saytının məlumatına görə, həmkarlarımız 26 yaşlı forvardın evdə başqa, səfərdə başqa cür çıxış etdiyini vurğulayıb.
Məsələ burasındadır ki, Ələskərov TFF I Liqasında 3 qolunu Balıkesir, Kocaeli və Denizli səfərində vurub. Sabiq “Neftçi”li bu mövsüm eyni zamanda 4 məhsuldar ötürmə də verib. Ancaq o, assistləri “Samsunspor” (2), “Boluspor” və “İstanbulspor”la ev matçında edib. Yerli KİV Namikin oyundan-oyuna daha yaxşı forma yığdığını yazıb.
Qeyd edək ki, Namik Ələskərov “Bursaspor”un heyətində keçirdiyi 11 oyunda 825 dəqiqə meydanda olub, 3 qol, 4 assistlə yadda qalıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI