İngiltərə Premyer Liqasının XXIII turunda “Vest Hem”lə qarşılaşacaq “Mançester Yunayted” itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın müdafiəçisi Viktor Lindelöf londonlularla görüşü buraxmalı olacaq.
Bunu komandanın baş məşqçisi Ralf Ranqnik açıqlayıb. 28 yaşlı arxa xətt oyunçusunun matçı buraxması heç də zədə və ya cəza ilə bağlı deyil. Məsələ burasındadır ki, ötən turda “Brentford”la (3:1) keçirilən görüş zamanı İsveç millisinin üzvünün evi qarət olunub. Futbolçu ailəsinin yanında olmaq üçün baş məşqçidən icazə alıb.
Qeyd edək ki, “Mançester Yunayted” – “Vest Hem” oyunu sabah keçiriləcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı