Finala bilet üçün 1,8 milyon iddiaçı
09.02.2022 - 13:45
DÇ-2022-yə bilet sifarişlərinin birinci mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, yanvarın 19-dan fevralın 8-dək olan müddətdə FİFA-ya bilet üçün 17 milyon müraciət daxil olub.
Qətərdə keçiriləcək mundiala ən böyük maraq təşkilatçı ölkədəndir. Növbəti yerlərdə Argentina, Braziliya, İngiltərə, Fransa, Hindistan, Meksika, Səudiyyə Ərəbistanı, BƏƏ və ABŞ qərarlaşıb.
Azarkeşlər daha çox finala bilet əldə etmək istəyir. Dekabrın 18-dəki qarşılaşma üçün 1,8 milyon müraciət daxil olub.
Qeyd edək ki, mundial noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0