Halilhodjiç tarixə düşdü
30.03.2022 - 10:24
Mərakeş millisinin baş məşqçisi Vahid Halilhodjiç dünya çempionatları tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis 4 müxtəlif yığmanı mundiala çıxaran ilk baş məşqçi olub.
Mərakeş millisi DÇ-2022-yə vəsiqəni Konqo ilə görüşlərdə qazanıb – 1:1, 4:1. 69 yaşlı bosniyalı bunadək Yaponiya, Əlcəzair və Fil Dişi Sahili yığmalarını da mundiala daşıyıb.
Bora Milutinoviç və Karlos Alberto Parreyra dünya çempionatlarının final mərhələlərində 5 fərqli komandaya rəhbərlik edib. Lakin onlar bu yığmaların hamısı ilə mundiala vəsiqə qazanmayıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0