PSV-nin baş məşqçisi təyin ediləcək Ruud van Nistelroyun korpusunda çalışacaq mütəxəssislər bəlli olub.
Apasport.az saytının məlumatına görə, sabiq hücumçunun köməkçisi vəzifəsini Fred Rutten yerinə yetirəcək.
Van Nistelroyun rəhbərlik etdiyi məşqçilər korpusunda Qus Hiddink də yer alacaq. O, koordinator vəzifəsini icra edəcək.
Bu, Hiddinkin PSV-yə üçüncü gəlişidir. 1984-87-ci illərdə baş məşqçinin köməkçisi kimi çalışan mütəxəssis 1987-90-ci illərdə komandaya rəhbərlik edib. O, 2002-06-cı illərdə də bu vəzifəni tutub.
Qeyd edək ki, PSV Hiddinkin rəhbərliyi altında 6 dəfə Niderland çempionu, 4 dəfə ölkə kubokunun, 1 dəfə Çempionlar kubokunun qalibi olub.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika