PSJ-nin hücumçusu Mauro İkardi gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, argentinalı forvard qış fasiləsində komandasını dəyişmək istəmir.
28 yaşlı futbolçu əsas heyətə düşə bilməsə də, mövsümün sonuna qədər digər təklifləri nəzərdən keçirmək fikrindən uzaqdır. İkardi yalnız mövsümün sonunda rəhbərliklə görüşdükdən sonra qərarını verəcək. Kilian Mbappenin gələn yay komandanı tərk etmək ehtimalı onun üçün əsas heyət yolunda yaşıl işıq ola bilər.
Qeyd edək ki, cari mövsüm 15 oyunda 3 qol vuran Mauro İkardinin müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI