İngiltərə nəhəngi Halandın transferindən imtina etdi
21.01.2022 - 14:07
Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandı transfer etmək istəyən klublardan biri geri addım atıb.
Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, “Mançester Yunayted” Norveç millisinin üzvündən imtina edib.
“Qırmızı şeytanlar” 22 yaşlı forvardla çox klubun maraqlanması və transfer məbləği ilə maaş tələbi yüksək olması səbəbindən mübarizədən çəkilmək qərarına gəlib. Hazırda onun uğrunda yarışda “Mançester Siti” və “Barselona” favorit sayılır.
Qeyd edək ki, Dortmund “Borussiya”sının yayda Erlinq Halandı 75 milyon avroya satması gözlənilir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0