İsko Florensiyada
30.03.2022 - 15:32
İspaniyanın “Real” klubunun futbolçusu İsko karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Fiorentina”nın maraq dairəsinə düşüb.
Milli komandaya yollanmayan futbolçuların istirahətə buraxılmasından istifadə edən İsko Florensiyaya yollanıb. O, İtaliyaya ailəsi ilə birlikdə gedib. İskonun səfər müddətində klub rəhbərliyi ilə danışıqlar apardığı ehtimal edilir.
Qeyd edək ki, futbolçu “Sevilya”nın da transfer siyahısında yer alıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0