İstədiyini “Latsio”da tapdı - “İnter”
24.08.2021 - 15:53
İtaliyanın “Latsio” klubunun futbolçusu Xoakin Korrea “İnter”ə keçir.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Milan klubuna transferinə razılıq verib.
Futbolçu və “İnter” arasında müqavilənin bütün detalları da razılaşdırılıb. Anlaşma 4 illik nəzərdə tutulub.
Korrea ildə 3,5 milyon avro qazanacaq. Yaxın günlərdə iki klub arasında danışıqlar yekunlaşmalıdır.
0
0