Joan Laporta: “Messi qayıtmaq istəsə, şad olaram”
02.04.2022 - 15:10
PSJ-nin hücumçusu Lionel Messinin “Barselona”ya qayıtması yenidən gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubunun prezidenti Joan Laporta bu məsələyə növbəti dəfə münasibətini bildirib.
Bir müddət əvvəl argentinalı superulduzun dönüşünün gündəmlərində olmadığını söyləyən Laporta artıq fikrini dəyişib. O, 35 yaşlı oyunçunu qaytarmağa hazır olduqlarını deyib: “Leo “Barselona”ya qayıtmaq barədə mənimlə danışmaq istəsə, çox şad olaram”.
Qeyd edək ki, Lionel Messi PSJ-yə ötən ilin yayında “Barselona”dan keçib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0