Joao Feliks özünə komanda axtarır
07.12.2021 - 14:05
Portuqaliya millisinin futbolçusu Joao Feliks klubunu dəyişməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, hücumçu “Atletiko”nu artıq bu qışda tərk etmək istəyir.
Forvard komandasının oyun üslubundan narazıdır. Onun fikrincə, bu, potensialını tam açmağa mane olan məqamdır. Joao başqa klubda dünyanın ən yaxşılarından biri ola biləcəyi qənaətindədir. Onun nümayəndələri artıq yeni komanda axtarışına başlayıblar.
Qeyd edək ki, Feliks cari mövsümün 12 oyununda 1 qol və 2 assistə imza atıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0