Ukraynada çıxış edən daha bir qapıçı karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının əldə etdiyi məlumatına görə, söhbət Kiyev “Dinamo”sunun qolkiperi Ruslan Neşeretdən gedir.
“Dinamo”nun əvəzedici heyətində çıxış edən 20 yaşlı dəri əlcək sahibi Azərbaycan təmsilçilərinin maraq dairəsindədir. Ukraynada yaranmış vəziyyət gənc futbolçunu ölkəmizə yollanmağa vadar edə bilər. Üstəlik, “Dinamo” rəhbərliyi də Ruslanı oyun praktikası toplaması üçün icarəyə verməyə isti yanaşır.
Ancaq həm Ukrayna klubu, həm də qapıçı Azərbaycan variantına konkret cavab verməyə tələsmir. Çünki onlar digər təklifləri də nəzərdən keçirmək istəyirlər. “Dinamo” qolkiperini yalnız bir mövsümlük icarəyə vermək barədə düşünür. Neşeretin klubla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. O, Ukraynanın U-21 yığmasının üzvüdür.
Qeyd edək ki, bu günlərdə “Sumqayıt” Azərbacyan millisinin sabiq qapıçısı Andrey Popoviçi Ukraynadan qaytarıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq