UEFA Konfrans Liqasının qrup mərhələsinin son turunun statistik göstəriciləri açıqlayıb.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes və qapıçısı Şahruddin Məhəmmədəliyev fərdi göstəricilərə liderlər sırasındadır.
Kadi “Bazel”lə İsveçrədəki qarşılaşmada düz 5 dəfə cərimə meydançasına dəqiq cinah ötürməsi verib. Braziliyalı hücumameyilli oyunçu bu mənada son turun ən yaxşısıdır. “Vitess”in futbolçusu Maksimilian Vittek onunla liderliyi bölüşüb.
Şahruddin Məhəmmədəliyev isə 0:3 hesabı ilə məğlub olduqları matçda 5 dəfə seyv edib. Bununla millimizin qolkiperi 4-cü pilləni bölüşüb. Günün ən çox seyv edən 3 qapıçısı komandasının 8 dəfə qoldan xilas edib.
Qeyd edək ki, H qrupunda 11 xalla ikinci yeri tutan “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI