Konfrans Liqasında təxirəsalma
09.12.2021 - 09:27
Konfrans Liqasının “Tottenhem” və “Renn” arasında oyunu təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb İngiltərə klubunda koronavirusa yoluxanların sayının artmasıdır.
London təmsilçisi 8 futbolçusu və məşqçilər korpusunun 5 üzvünün testi müsbət nəticə verib. Bu üzdən də qrup mərhələsinin VI turunun bu gün keçirilməli olan matçı qeyri-müəyyən müddətə təxirə düşüb.
Qeyd edək ki, qar üzündən təxirə salınan Çempionlar Liqasının “Atalanta” – “Vilyarreal” oyunu bu gün keçirilməlidir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0