“Qızıl top” gecəsi xoşbəxt olduğumu deyə bilmərəm, məyusluq keçirmişdim. Çünki qazanmağa çox yaxın idim”.
Apasport.az saytının məlumatına görə, bunu “Bavariya”nın hücumçusu Robert Levandovski “Qızıl top” mükafatının PSJ-nin oyunçusu Lionel Messiyə verilməsinə münasibət bildirərkən deyib.
Polşa millisinin üzvü argentinalı superulduzla yarışmağın onu sevindirdiyini bildirib. O, Leonun mükafatlandırma mərasimində “Levandovski bu titula layiq idi” fikrinə də reaksiya verib: “Messinin oyun tərzinə və qazandıqlarına hörmətlə yanaşıram. “Qızıl top” uğrunda onunla yarışmağım bir futbolçu kimi hansı səviyyədə olduğumu göstərir. Mükafatlandırma zamanı Messinin haqqımda dediklərinin boş sözlər deyil, dürüst olmasını istəyirəm”.
Qeyd edək ki, Lionel Messi karyerasında 7-ci dəfə “Qızıl top”u qazanaraq öz rekordunu yeniləyib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI