Mançini “Mançester Yunayted”ə mümkün keçidinə aydınlıq gətirdi
09.12.2021 - 00:34
İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Mançester Yunayted”in sükanı arxasına keçməyəcək.
Apasport.az saytının məlumatına görə, mütəxəssis İngiltərə klubu ilə anlaşmadığını açıqlayıb.
Mançini Premyer Liqa təmsilçisi ilə razılığa gəldiyi barədə xəbərləri təkzib edib: “Heç bir İngiltərə klubu ilə razılaşmam yoxdur. Deyilənlər hamısı səhvdir. Mənim yeganə hədəfim İtaliya yığması ilə dünya çempionatına vəsiqə qazanmaq və orada qalib adı üçün mübarizə aparmaqdır”.
Qeyd edək ki, Mançininin mövsümün sonunda Ralf Ranqniki əvəzləyəcəyi iddia olunur.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0