Messinin yerinə Salah
01.04.2022 - 17:10
“Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını Fransada davam etdirə bilər.
Apasport.az saytının “championat.com”a istinadən məlumatına görə, PSJ ulduz futbolçunun transferində maraqlıdır.
Parislilər Misir millisinin üzvünü yayda komandadan ayrılma ehtimalı olan Lionel Messiyə layiqli əvəzedici qismində görürlər. Argentinalı superulduz komandanı tərk etsə, PSJ Salah üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, “Liverpul”la müqavilə müddəti gələn ilin yayına qədər olan Məhəmməd Salah bu mövsüm Premyer Liqada 20 qol, 10 assistlə yadda qalıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0