FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, 2022-ci ilin ilk cədvəlində bəzi dəyişikliklər baş verib.
Buna Afrika Millətlər kuboku, DÇ-2022-nin müxtəlif konfederasiyalar üzrə seçmə oyunları, həmçinin azsaylı yoxlama görüşləri səbəb olub. Bu dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib.
Hesabat dövründə heç bir matça çıxmayan Canni de Byazinin yetirmələri 1139 xalla dünyanın 121-ci komandasıdır. Bir pillə geriləyən yığmamızın 13-cü “onluğ”a yuvarlanmasına Malavi səbəb olub. Afrika çempionatındakı çıxışı uğurlu alınan komanda millimizi arxada qoyub.
Qardaş Türkiyə millisi 1472 xalla 39-cudur. Ştefan Kuntsun yetirmələri 2 pillə geriləyib.
Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. Belçika (1828), Braziliya (1823) və Fransa (1786) ön sıralarda qalıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA