Futbol ictimaiyyətinin Region Liqasına marağı günü-gündən artır.
Apasport.az saytının məlumatına görə, Şimal-Qərb regionu üzrə VII tur çərçivəsində keçiriləcək “Karvan” – “Energetik” matçını izləyənlər arasında ötənlərin tanınmış simaları da olacaq.
Yevlax təmsilçisi vaxtilə bu komandanın formasını geyinmiş Zaur Ramazanov, Hüseyn Məhəmmədov, Tərlan Əhmədov, Fərrux İsmayılov, baş məşqçisi olmuş Yunis Hüseynov və Mingəçevir futbolunun yetirməsi Ramiz Məmmədovu “Energetik”lə Aran derbisinə fəxri qonaq kimi dəvət edib. Bununla bağlı plakat hazırlayan “Karvan” rəhbərliyi bu vasitə ilə azarkeşlərin də stadiona axın etməsinə çalışır. Komandaya dəstək üçün 1 manatlıq yardım kampaniyası bu qarşılaşmada da davam etdiriləcək.
Qeyd edək ki, “Karvan” – “Energetik” oyunu dekabrın 11-də keçiriləcək. Hazırda “Energetik” 13 xalla birinci, “Karvan” isə 10 xalla üçüncü pillədə qərarlaşır.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI