Neymar “Real”la qarşılaşmanı buraxacaq - iddia
08.02.2022 - 23:37
PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxa bilər.
Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Ekip” nəşri iddia edir.
Bildirilib ki, braziliyalı hücumçunun qarşılaşmada iştirak ehtimalı çox aşağıdır. Cənubi amerikalı forvard zədədən sonra bərpa dövrü keçir.
Onun “Real”la ilk qarşılaşmaya hazır olacağı inandırıcı görünmür. Cari mövsümdə Liqa1-də 10 matç keçirən Neymar 3 qola imza atıb.
Qeyd edək ki, PSJ – “Real” oyunu fevralın 15-də baş tutacaq. Cavab görüşü martın 9-da keçiriləcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0