Paytaxt klubunda üç itki
09.02.2022 - 14:06
“Tottenhem” üç futbolçunun xidmətindən məhrum olub.
Apasport.az saytının məlumatına görə, London klubu Erik Dayer, Oliver Skipp və Cafer Tanqanqanı itirib.
Bu oyunçular Premyer Liqanın “Sauthempton”la görüşünə çıxmayacaq. Buna hər üç futbolçunun zədəsi səbəb olub. İngiltərə kubokunun “Brayton”la qarşılaşmasını da buraxan “üçlük” hələ də meydana çıxmağa hazır deyil.
Qeyd edək ki, “Tottenhem” “Sauthempton”la bu gün üz-üzə gələcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0