Pepe koronavirusa yoluxdu
07.12.2021 - 09:39
Çempionlar Liqasının qrup mərhələsinin son turunu buraxacaq futbolçuların siyahısı artmaqda davam edir.
Apasport.az saytının məlumatına görə, “Porto” braziliyalı yarımmüdafiəçisi Pepenin xidmətindən məhrum olub.
Bunu baş məşqçi Serjio Konseysao açıqlayıb. Testi müsbət nəticələnən futbolçu “Atletiko” ilə qarşılaşmanı buraxacaq. Zədəli olan Marko Qruiç də Portuqaliya klubuna kömək edə bilməyəcək. Bu matç dekabrın 7-də baş tutacaq.
Qeyd edək ki, Pepe bu ilin iyulunda “Qremio”dan 15 milyon avroya transfer olunub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0